Polşa əsgəri Belarusla sərhəddə intihar edib

02.02.2025

Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Polşa əsgəri gecə saatlarında Belarusla sərhədi qoruyarkən intihar edib.

Bu barədə Polşa silahlı qüvvələrinin bölmələrinin operativ komandanlığı məlumat yayıb.

“Biz dərin kədər hissi ilə bildiririk ki, bu gecə “Təhlükəsiz Podlasie” əməliyyatı aparılan ərazidə hərbçilərdən biri intihar edib”, – RİA Novosti bəyanatın mətnindən sitat gətirir.

Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Polşa-Belarus sərhədindən çox da uzaq olmayan Melnik kəndində sərxoş polşalı əsgər atəş açıb.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью