Icma.az bildirir, Operativ MM portalına istinadən. Gürcüstan vətəndaşları üçün Avropa İttifaqına (Aİ) vizasız girişin ləğvi faydasız addım k
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
“Biz hesab edirik ki, istənilən mümkün məhdudiyyətlər Gürcüstan vətəndaşlarına deyil, repressiyalara görə məsuliyyət daşıyanlara şamil edilməlidir”,- deyə o qeyd edib.
Nəşr bir neçə saat əvvəl bildirmişdi ki, Aİ diplomatları hökumətin etirazları yatırtmasına qarşı olduqlarının əlaməti olaraq Gürcüstanla vizasız rejimə son qoymağı müzakirə edəcəklər.
Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə hər gün keçirilən hökumət əleyhinə etirazları süni adlandırıb və onların xaricdən maliyyələşdiyinə inandığını deyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.