Polşa Gürcüstan vətəndaşlarını deportasiya etməyə başlayıb

05.03.2025

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Polşa “gürcü bandaları”nın deportasiyasına başlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk sosial media paylaşımında qeyd edib.

O, Polşa hökumətinin “gürcü bandalarını effektiv şəkildə aradan qaldırdığını” qeyd edib.

Xatırladaq ki, ötən ay Polşa hökuməti qanunları pozan Gürcüstan vətəndaşlarının martın əvvəlindən etibarən deportasiyasına başlanacağını bəyan edib.

Polşa hökuməti həmin şəxsləri “qanunları pozaraq Polşada yaşamağın yollarını tapmış cinayətkarlar” olaraq xarakterizə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью