Polşa Gürcüstanı yox, Ermənistanı seçdi

01.12.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Polşanın Əmək, Ailə və Sosial Siyasət naziri Aqneşka Dzemyanoviç-Bonkun qərarına əsasən, Ermənistan vətəndaşları bu ölkədə sadələşdirilmiş qaydada işləməyə davam edə biləcəklər.

Globalinfo.az xəbər verir ki, Ermənistan vətəndaşları iki ilədək müddətə fasiləsiz şəkildə mövsümi olmayan işlərdə çalışmaq üçün viza dəvəti, müvəqqəti yaşayış icazəsi və əmək hüququ verən bəyannamə əsasında Polşada işləyə biləcəklər.

Eyni hüquq Belarus, Moldova və Ukrayna vətəndaşlarına da şamil edilir.

Yeni qərara əsasən isə, 1 dekabrdan etibarən Gürcüstan vətəndaşları bu imkandan məhrum ediliblər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью