Polşa hökuməti döyüş sursatı istehsalına 750 milyon dollar ayırıb

20.11.2024

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nazir: “Polşada iriçaplı sursat istehsalı bazasının genişləndirilməsi reallığa çevrilir”

Polşa Nazirlər Kabineti iriçaplı sursat istehsalının yaradılması üçün 3 milyard zloti (təxminən 750 milyon dollar) ayrılması haqqında qanun layihəsini təsdiqləyib.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış “X” sosial şəbəkə hesabında yazıb.

“Polşada iriçaplı sursat istehsalı bazasının genişləndirilməsi reallığa çevrilir. Nazirlər Kabineti qanun layihəsini qəbul etdi. Bunun nəticəsində Kapital İnvestisiya Fonduna 3 milyard zloti köçürüləcək”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, 2023-cü ilin yazında Polşanın əvvəlki hökuməti “Sursat Ehtiyatının yaradılması üzrə Milli Proqram” qəbul edib. Proqram sursatın xaricdə alınmasını, eləcə də ölkə daxilində istehsal sahələrinin yaradılmasını nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью