Polşa iki hava limanını müvəqqəti bağlayıb

19.11.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Polşanın cənub-şərqində yerləşən Jeşuv və Lyublində iki aeroport qırıcıların havaya qalxmasından sonra müvəqqəti olaraq bağlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Polşa Hava Nəqliyyatı Agentliyi sosial şəbəkələrdə məlumat yayıb.

"Jeşuv və Lyublindəki aeroportlar hərbi aviasiyanın sərbəst hərəkəti üçün müvəqqəti olaraq bağlanıb", - məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью