Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Polşanın cənub-şərqində yerləşən Jeşuv və Lyublində iki aeroport qırıcıların havaya qalxmasından sonra müvəqqəti olaraq bağlanıb.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşa Hava Nəqliyyatı Agentliyi sosial şəbəkələrdə məlumat yayıb.
"Jeşuv və Lyublindəki aeroportlar hərbi aviasiyanın sərbəst hərəkəti üçün müvəqqəti olaraq bağlanıb", - məlumatda qeyd olunub.
Qeyd edək ki, sözügedən iki hava limanında uçuşlar bundan əvvəl də, yəni sentyabrın 17-də müvəqqəti olaraq bağlanmışdı.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin