Polşa Kalininqradla sərhəddə müdafiə briqadası yaradır

03.11.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə sərhəd müdafiə briqadası yaradacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Polşa KİV-i məlumat yayıb.

Bildirilib ki, bu ilin sonuna qədər 4-cü Varmiya-Masuriya Ərazi Müdafiə Briqadası sərhəd müdafiə briqadasına çevriləcək.

Briqadanın missiyasına sərhəd monitorinqi, sərhəd xidmətinə dəstək və sərhəd müdafiəsi daxil olacaq.

Briqadanın komandiri Sezar Kiszkovyakın sözlərinə görə, hazırda briqada yenidən silahlanma prosesindədir və onun iki il ərzində tam döyüş hazırlığına çatması planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью