Polşa kəşfiyyat taborunu Suvalki dəhlizinə yerləşdirib

16.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 fevral, AZƏRTAC

Polşa 16-cı kəşfiyyat taborunu ölkənin şərqinə, Suvalki dəhlizinə yerləşdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “RMF24” radiostansiyasının məlumatında deyilir. “Suvalki dəhlizinə yerləşdirilən tabor NATO-nun şərq cinahında kəşfiyyat imkanlarını və təhlükəsizliyi əhəmiyyətli dərəcədə gücləndirmək məqsədi daşıyır”, - deyə məlumatda bildirilib.

2023-cü ilin oktyabr ayında formalaşdırılan 16-cı kəşfiyyat taboru Varmyan-Masuriya voyevodalığının Yelk qminasındakı Konieczki qəsəbəsində dislokasiya olunacaq. Yeni kazarma kompleksi Belarus və Kalininqrad vilayəti arasında Litvanı Avropa İttifaqı ilə birləşdirən 100 kilometrlik Suvalki dəhlizi adlanan ərazidə yerləşir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью