Polşa klubu azərbaycanlı futbolçunu göndərdi

29.05.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Polşa klubu azərbaycanlı futbolçunu göndərdi

Polşanın “Motor” (Lyublin) klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Dadaşovun iyunda başa çatan müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü ötən ilin yayından “Motor”un formasını geyinirdi. 26 yaşlı hücumçu Polşa təmsilçisinin heyətində ümumilikdə 22 oyunda meydana çıxıb və qol vura bilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью