Icma.az, Sportal.az saytına istinadən bildirir.
Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni mövsümə də Polşada başlaya bilər.
Sportal.az saytına verilən məlumata görə, “Rakov” Emrelini heyətinə qatmaq, rəsmi müqavilə imzalamaq üçün “Kayzerslautern”lə danışıq aparacaq.
Məsələ burasındadır ki, Emreli 2028-ci il iyunun 30-na qədər Almaniya klubuna məxsusdur. Polyaklar Mahiri əldən buraxmaq istəmir. Ona görə də onunla rəsmi müqavilə imzalamağı planlaşdırırlar. Ancaq bu məsələdə həm onun, həm də məxsus olduğu klubunun qəti mövqeyi hələ ki bəlli deyil.
Mahir “Qarabağ”, “Legiya”, “Dinamo”(Zaqreb), “Konyaspor”, “Nürnberq” klublarında çıxış edib.