Polşa klubu millimizin daha bir üzvünü transfer etdi

24.02.2025

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Polşanın "Radomyak" komandası "Ankaragücü"ndən ayrılan Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yaylb.

25 yaşlı forvardla müddəti sonradan uzatmaq şərti ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Komandanın mətbuat xidmətinə açıqlama verən 25 yaşlı hücumçu azarkeşlərə müraciət edib: "Burada olduğum üçün çox xoşbəxtəm. Cümə günü hər kəsi görmək istəyirəm".

"Radomyak" fevralın 28-də Polşa çempionatının XXIII turunda "Vidzev"i qəbul edəcək.

Qeyd edək ki, "Radomyak"da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью