Polşa klubundan ayrıldı Azərbaycana geri qayıda bilər

20.07.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Səbail"in sabiq futbolçusu Pedro Nuno Azərbaycana qayıda bilər.

Sportal.az saytına verilən məlumata görə, 30 yaşlı futbolçuya Premyer Liqa klublarımız maraq göstərir. Hazırda iki klubumuz portuqal oyunçunun meneceri ilə danışıqlar aparır. Nuno özü də, Azərbaycana qayıtmağa razıdır. Sadəcə məsələ maliyyə ilə bağlıdır. Pedronu maaş məsələsində razı salacaq klub onunla 1 illik müqavilə imzalayacaq.

Xatırladaq ki, “Səbail”dən ayrıldıqdan sonra “Korona”ya keçmiş Pedro Nuno hazırda azad agent statusuna malikdir. O, karyerası ərzində “Akademika Koimbra”, “Benfika”, “Tondela”, “Moreyrense”, “Belenenseş”, “Adanaspor” klublarında oynayıb.
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью