Polşa klubunun prezidenti: Azərbaycan təmsilçilərindən çəkinmirəm

04.06.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polşanın "Yagelloniya" klubunun prezidenti Ziemovit Deptula 2025/2026 mövsümündə avrokuboklardakı hədəflərdən söz açıb. Sport24.az yerli "Wspolczesna" nəşrinə istinadən xəbər verir ki, funksioner bu barədə açıqlama verib.
O, püşkatma mərasimini səbirsizliklə gözlədiyini söyləyib:
"Şəxsən heç vaxt getmədiyim Farer adaları və Azərbaycan kimi ölkələrdən gələcək rəqiblərdən çəkimirəm. Sakitcə püşkatmanı gözləyirəm. Çünki hər rəqibə qarşı mümkün qədər yaxşı hazırlaşmalıyıq. Uzun və gərgin transfer pəncərəsi olacaq. Buna görə nəzəri cəhətdən zəif rəqiblə başlamaq daha yaxşı olardı".
Qeyd edək ki, "Yagelloniya" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" və "Araz-Naxçıvan"ın potensial rəqibidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью