Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19.11.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Polşa kritik infrastrukturun qorunmasına 10 000 hərbçi cəlb edəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamısz deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Polşadan Ukraynaya uzanan dəmiryolunda partlayış baş verib.

Rəsmi Varşava hadisəni terror adlandırıb və partlayışın arxasında Rusiya kəşfiyyatı olduğunu iddia edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью