Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Polşa lideri Karol Nawrocki işsiz Ukrayna vətəndaşlarına sosial müavinət və tibbi xidmət göstərilməsini nəzərdə tutan qanuna veto qoyub.
Doğru.az xəbər verir ki, Nawrocki brifinqdə çıxışı zamanı “800+” adlı aylıq ödənişlərin yalnız işləyən ukraynalılar üçün əlçatan olduğunu bildirib. O qeyd edib ki, eyni məhdudiyyət tibbi xidmətə də aiddir.
Bundan əvvəl Polşada hakimiyyət orqanlarının ukraynalı qaçqınlara verilən “800+” yardım proqramının ləğvi imkanlarını araşdırdığı bildirilmişdi.
DOĞRU.AZ