Polşa lideri Zurabişvilini dəstəklədi

24.12.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Gürcüstanın böhrandan çıxması üçün ən yaxşı yol ATƏT-in tövsiyələrinə uyğun olaraq təkrar parlament seçkilərinin keçirilməsidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda “X” hesabında yazıb.

“Mən xanım prezidentlə (red-Salome Zurabişvili) hazırkı vəziyyət barəsində danışdım. Onu əmin etdim ki, rəhbərliyini və gürcü xalqının Avropa arzusunu dəstəkləyirəm” , - dövlət başçısı qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью