Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Polşa hökuməti, amerikalı milyarder İlon Maskın ultra sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının Halle şəhərində keçirilən tədbirindəki bəyanatlarına görə vətəndaşlara Maskın şirkətinin "Tesla” avtomobillərini almamağa çağırıb.
Qaynarinfo xəbər verir ki, bunu Polşanın idman və turizm naziri Slavomir Nitras bunu Polsat News-a bildirib.
Onun sözlərinə görə, "heç bir normal polyak artıq "Tesla” almamalıdır".
Mask Almaniyanın "keçmiş günahlara həddindən artıq diqqət yetirdiyini" bildirib.
"Uşaqlar baba-nənələrinin günahlarına görə məsuliyyət daşıya bilməz və Almaniyada insanların alman olmağı ilə fəxr etməsi çox vacibdir", – deyə milyarder bildirib.
Buna cavab olaraq Polşa naziri qeyd edib ki, "bəlkə də cənab Mask milyardlarına görə təhlükə hiss etmir, amma səksən il əvvəl baş verənləri xatırlayan və Avropanın mərkəzində yaşayan hər hansı bir normal insan buna biganə qala bilməz".
O, həmçinin ümid edib ki, "bəlkə də Maskın bu bəyanatları nəticəsində "Almaniya üçün Alternativ” partiyası sorğularda göstəriləndən daha pis nəticə əldə edər".