Polşa mədənində 850 metr dərinlikdə partlayış: Xəsarət alanlar var

22.01.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Polşanın Sileziya voyevodalığında Knurov-Şçiqloviçe mədənində metan partlayışı baş verib. Hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

Oxu.Az-ın "Tsargrad TV"yə istinadla məlumatına görə, hadisə 850 metr dərinlikdə baş verib.

Bildirilir ki, yaralıların əksəriyyəti yanıq xəsarəti, əl və ayaq travmaları alıblar, həmçinin əziliblər.

Şaxtaçılardan 14-ü xəstəxanaya yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью