Polşa məktəblərində telefondan istifadə qadağan edildi

04.06.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Polşa məktəblərində 16 yaşınadək şagirdlərin telefondan istifadəsi qadağan edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir Donald Tusk ictimaiyyətə rəsmi məlumat verib.

Qadağa növbəti tədris ilindən - sentyabrın 1-dən qüvvəyə minəcək. 16 yaşınadək şagirdlər nəinki dərs zamanı, hətta tənəffüslərdə belə telefondan uzaq qalacaq. 

Qeyd edək ki, mobil cihazlar xüsusi şkaflarda saxlanacaq.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью