Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Polşa milli komandasının baş məşqçisi Yan Urban Millətlər Liqasının cari mövsümündə qeydə alınan uğursuz nəticələr səbəbindən postunu itirmək təhlükəsi ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, bu barədə “Meczyki” nəşri məlumat yayıb.
Polşa yığması A Liqasına yüksəlmək şansını tamamilə itirib və B Liqasını tərk etmək riski ilə üz-üzə qalıb. Bundan başqa, Urbanın məşqçilər korpusu ilə Polşa Futbol Assosiasiyası arasında ciddi gərginlik yaşanır. Tərəflər arasında əlaqələndirici funksiyasını yerinə yetirməli olan sabiq futbolçu Radoslav Mixalskiyə artıq komandanın brifinqlərinə qatılmaq və heyətlə səfərlərə çıxmaq belə qadağan olunub.