Polşa MiQ29u Ukraynaya ötürməyəcək

04.12.2024

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Polşa MiQ-29 qırıcılarını Kiyevə göndərilmək üçün hazırlanan hərbi yardım paketlərinə daxil etməyi planlaşdırmır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış TVN24 telekanalında deyib.

Nazir aparıcı telekanalın müvafiq sualına “Xeyr” cavabını verib.

Noyabrın əvvəlində respublika prezidenti Anjey Duda NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra alyansdan Polşa səmasının qorunmasına zəmanət almadan Ukraynaya vəd etdiyi MiQ-29 qırıcılarını təhvil verməyəcəyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью