Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Polşa hakimiyyəti 2027-ci ildə müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağı planlaşdırır.
Newscenter-az TASS-a istinadən xəbər verir ki, bunu Baş nazir Donald Tusk deyib. Baş nazir gələn il üçün büdcənin hazırlanmasına həsr olunmuş kabinet iclasında çıxışı zamanı bildirib ki, ölkəsinin kifayət qədər maliyyə vəsaiti tələb edən prioritetləri var:
"Təhlükəsizlik hər şeydən vacibdir. Büdcənin beş faizi müdafiəyə gedir. Bu, orta hesabla digər NATO üzvlərinin müdafiə xərclərindən ikiqat çoxdur".
Qeyd edək ki, Polşa hakimiyyəti 2026-cı il üçün müdafiə xərclərinə rekord məbləğdə - 200 milyard zloti (54 milyard dollar) və ya ÜDM-in 4,8%-ni ayırıb.
Anar