Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Polşa hökumətinin məlumatına görə, Ukraynaya zərbə zamanı Rusiyaya məxsus üç qurğunun ölkənin hava məkanını pozmasından sonra Polşa NATO-dan şərq cinahının müdafiəsi üçün əlavə qüvvələr istəmək niyyətindədir.
Bunu Polşanın Baş nazirinin müavini, milli müdafiə naziri Vladislav Kosinyak-Kamış noyabrın 20-də keçirilən mətbuat konfransında bildirib.
"Mən NATO-nun baş katibinə müraciət edərək "Eastern Sentry" əməliyyatına dəstək üçün əlavə qüvvə və vasitələrin ayrılmasını xahiş edəcəyəm", - nazir bildirib.
Onun sözlərinə görə, buraxılan qurğuların düşdüyü yerlər Molodıç, Rudnik-nad-Sanom və Novı-Lipovets yaşayış məntəqələrində aşkar edilib. Novı-Lipovetsdə "X-101" raketi müəyyən edilib. Nazirin ilkin qiymətləndirməsinə görə, daha bir obyekt raket, üçüncüsü isə ehtimal ki, reaktiv pilotsuz uçuş aparatı olub.
Kosinyak-Kamış bildirib ki, xəsarət alan yoxdur, infrastrukturun, o cümlədən kritik infrastrukturun zədələnməsi barədə məlumat daxil olmayıb.
Nazir Polşanın hava məkanının pozulmasını Rusiya tərəfinin təxribatı adlandırıb.