Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış NATO ölkələrini 2030-cu ilə qədər hərbi xərcləri ÜDM-in 5 %-nə qədər artırmağa çağırıb.
Moderator.az xəbər verir ki, nazir bu barədə Polşada akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə görüşdə çıxışı zamanı bildirib.
"Hesab edirəm ki, biz 2035-ci ilə qədər gözləməməliyik, NATO ölkələri silahlanma xərclərini 2030-cu ilə 5 % səviyyəsinə çatdırmalıdırlar", - Kosinyak-Kamış qeyd edib.
Qeyd edək ki, NATO ölkələrinin liderləri Vaşinqtonun təşəbbüsü ilə 2025-ci ilin iyununda Haaqada keçirilmiş sammitdə müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-in 5 %-nə kimi artırmağa razılaşıblar.