Polşa NATO nun 4 cü maddəsini işə salmağı nəzərdən keçirir

21.11.2026

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Polşa hökuməti ölkə ərazisinə raketlərin düşməsi ilə bağlı insidentdən sonra Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi çərçivəsində müttəfiqlərlə məsləhətləşmələr keçirməyi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” qəzeti təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 4-cü maddənin işə salınması Polşaya alyansın bütün müttəfiqləri ilə rəsmi məsləhətləşmələrin keçirilməsini tələb etmək imkanı verəcək:

“Bununla belə, görünür, Berlin bu qərarın əleyhinə çıxış edir. Almaniya tərəfi mövqeyini həmin mexanizmin dəyərdən düşməməsi üçün ondan həddindən artıq tez-tez istifadə edilməməli olması ilə əsaslandırır”.

“Bild”in iddiasına görə, Polşanın müdafiə naziri Varşavanın şərq cinahını gücləndirmək üçün NATO-dan əlavə dəstək istəyəcəyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью