Polşa ötən ilin noyabrında 21 ton qızıl aldı

08.01.2025

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“World Gold Council”in (WGC) ilkin qiymətləndirmələrinə görə, dünya mərkəzi bankları 2024-cü ilin noyabrında öz qızıl-valyuta ehtiyatlarında qızılın həcmini 53,4 ton artırıb.

Bu barədə Sfera.az “İnterfaks”a istinadən xəbər verir.

Noyabr ayında qızılın ən böyük alıcıları Polşa (21 ton), Özbəkistan (9 ton), Hindistan (8,4 ton) və Qazaxıstan (5,1 ton) olub.

2024-cü ilin aprel ayından bəri ilk dəfə olaraq Çin qızıl ehtiyatlarının artması (5 ton artım) barədə məlumat verib. Alıcılar arasında İordaniya (4,1 ton), Türkiyə (3 ton), Çexiya (1,6 ton), Qana (1,2 ton), Monqolustan və Malta (1 tondan az) yer alıb.

Noyabrda qızılın əsas satıcısı Sinqapur (5,2 ton) olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью