Polşa prezidenti Orbanla görüşdən imtina etdi

30.11.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Polşa Prezidenti Karol Navrotski Macarıstanın Baş naziri Viktor Orbanla görüşünü ləğv edib. Buna səbəb Orbanın Rusiyaya səfəri və Vladimir Putinlə görüşməsi olub.

Axar.az xəbər verir ki, bu barədə Polşa Prezident Ofisinin beynəlxalq siyasət bürosunun rəhbəri Marçin Pşidaç məlumat verib.

Onun sözlərinə görə, Prezident Karol Navrotski Macarıstana səfər proqramını yalnız Esterqomda keçiriləcək Vişeqrad Qrupu zirvə görüşü ilə məhdudlaşdırmaq qərarına gəlib.

Pşidaç bildirib ki, Navrotski Çexiya, Slovakiya və Macarıstan prezidentləri ilə Mərkəzi Avropa regionunda təhlükəsizlik və əməkdaşlıq barədə müzakirələr aparacaq.

Qeyd edək ki, Macarıstan Baş naziri Viktor Orban noyabrın 28-də Moskvaya səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью