Polşa Prezidenti rusiyalı həmkarı ilə danışıqlara hazır olduğunu bildirib

30.09.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Polşa Prezidenti Karol Navrotski ölkəsinin təhlükəsizliyi naminə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, Karol Navrotski bu barədə Radio Zet radiostansiyasının efirində çıxışı zamanı deyib. “Əgər Polşanın təhlükəsizliyi bu görüşdən asılı olacaqsa, əlbəttə ki, ölkənin maraqları naminə hər şey etməyə hazıram”, – deyə prezident bildirib.

Polşa lideri, həmçinin ABŞ Prezidenti Donald Trampı Qərbdə Rusiya Prezidenti ilə real danışıqlar apara biləcək yeganə şəxs kimi xarakterizə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью