Polşa Prezidenti: Tramp Ukraynada müharibəni bitirməklə bağlı planı ictimaiyyətə açıqlamayıb

03.02.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp bir neçə ay ərzində Ukraynada müharibəni bitirməyi vəd etsə də, bununla bağlı planı ictimaiyyətə açıqlamayıb”.

APA-nın “Financial Times”a istinadən xəbərinə görə, bunu Polşa Prezidenti Andrjey Duda deyib.

O əlavə edib ki, Rusiya ilə Ukrayna arasında sülh əldə olunduqdan sonra rəsmi Kiyevə ölkə iqtisadiyyatının bərpası, eləcə də daxili təhlükəsizlik məsələlərində dəstək göstərilməlidir:

“Çünki bu, çox vacibdir. Ukraynaya kömək üçün qoşunların bu ölkənin ərazisində yerləşdirilməsi heç də vacib deyil. Tramp Administrasiyası tərəfləri danışıqlara dəvət edəcəksə, bizim orada iştirakımız rəsmi Kiyevin də maraqlarına cavab verir. Rusiya imperializminin dirçəlməkdə olduğunu nəzərə alsaq, bu məsələdə Ukrayna ilə mövqelərimiz üst-üstə düşür” – deyə, A. Duda fikirlərini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью