Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna prezidenti Vladimir Zelenski Amerika lideri Donald Trampla görüşündə bir qədər çox irəli gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda “Super Express” qəzetinə müsahibəsində bildirib.
Polşa prezidenti qeyd edib ki, heç bir Avropa lideri öz ölkəsinin böyüklüyünü hiss etsə belə, ABŞ prezidentinə qarşı belə bir hərəkətə yol verməz.
Dudanın sözlərinə görə, Zelenskinin şousu Amerika vergi ödəyicilərini şoka sala bilər.
Polşa lideri ukraynalı həmkarını Trampla danışıqlara qayıtmağa və ABŞ prezidenti ilə sakit danışmağa çağırıb.