Polşa prezidentindən Ukraynanın Aİ yə daxil olmasına etiraz

08.06.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ukraynanın Avropa İttifaqına daxil olmasının əleyhinəyəm”.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın yeni seçilmiş prezidenti Karol Navroçki deyib.

O bildirib ki, Polşa strateji və geosiyasi baxımdan Ukraynanı dəstəkləməlidir, çünki region üçün ən böyük təhdid Rusiyadır.

“Biz – Polşa dövləti Ukraynanı strateji və geosiyasi baxımdan dəstəkləməliyik. Bütün region üçün ən böyük təhlükə Rusiya Federasiyasıdır. Mənə qarşı orada təqib var, hətta beş il hərbi əsir düşərgəsində cəza ilə hədələnirəm”, – siyasətçi qeyd edib.

Əliyar Xəlil 

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью