Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
“Polşa Baş naziri Donald Tusk diktator olduğunu nümayiş etdirdi”.
Redaktor.az xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotskinin mətbuat katibi Rafal Leşkeviç bildirib.
“Donald Tusk ötən həftə diktator olduğunu göstərdi. O, polis dəyənəklərinin köməyi ilə Konstitusiya Məhkəməsinə daxil oldu”, - sözçü qeyd edib.
Leşkeviç Polşadakı siyasi böhranı hərbi vəziyyətin tətbiqi ilə müqayisə edərək bildirib ki, yeganə fərq küçələrdə tankların olmamasıdır.
Oktyabrın 31-də Tusk Navrotski və ölkənin keçmiş prezidenti Anjey Dudanı Polşada hüququn aliliyini məhv etməkdə ittiham edib. O, Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla bağlı məsələdə kompromisə getməyəcəyini vurğulayıb.