Polşa qırıcı təyyarələrini havaya qaldırdı

29.11.2025

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Polşa Silahlı Qüvvələri Rusiya ordusunun Ukraynaya qarşı həyata keçirdiyi genişmiqyaslı raket hücumu fonunda döyüş vəziyyətinə gətirilib.

“Yeni Sabah” “RBK Ukraina”ya istinadən xəbər verir ki, ölkənin Hərbi Hava Qüvvələri təcili şəkildə havaya qaldırılıb.

Eyni zamanda, yerüstü hava hücumundan müdafiə sistemləri və radiolokasiya qurğuları tam hazır vəziyyətə gətirilib.

Polşa tərəfi bildirib ki, atılan raketlərin marşrutları diqqətlə izlənir və hava məkanının təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülür.

İlhamə Qasımlı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью