Polşa qırıcılarını havaya qaldırdı

19.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Polşa Ukraynada Rusiyanın uzaqmənzilli pilotsuz uçuş aparatları əməliyyatlarına cavab olaraq hərbi təyyarələri havaya qaldırıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb:

"Hərbi təyyarələr Polşa hava məkanında fəaliyyətə başlayıb. Yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri hazırlıq vəziyyətinə gətirilib".

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının açıqlamasına görə, onların hərəkətləri "profilaktik xarakter daşıyır" və ölkənin Ukrayna ilə sərhədə bitişik bölgələrinin təhlükəsizliyini təmin etməyə yönəlib.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью