Polşa qırıcılarını Ukrayna sərhədinə göndərib

19.11.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Polşa Ukrayna ilə sərhəddə peyda olan pilotsuz uçuş aparatları ilə əlaqədar qırıcılarını havaya qaldırıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa silahlı qüvvələrinin operativ komanda mərkəzinin “X” səhifəsində paylaşım olunub.

“Hava məkanımızda Polşa və müttəfiqlərə aid aviasiya hərəkətə keçib”, - paylaşımda əlavə olunub.

Qeyd edilir ki, sərhədə göndərilən hərbi hava nəqliyyat vasitələrinin növbətçi qırıcı cütləri və uzaqməsafəli aşkarlama təyyərəsi olduğu deyilir.

Bundan başqa, ölkənin hava hücumlarından müdafiə və radiolokasiya-kəşfiyyat sistemləri tam döyüşə hazır vəziyyətə gətirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью