Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış hesab edir ki, Rusiya ilə sərhədi olan ölkələr Ukraynada mümkün sülhməramlı missiyada iştirak etməməlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə Polşa naziri "Polsat News” efirində verdiyi açıqlamada deyib.
"Rusiya ilə sərhədi olan heç bir ölkə belə bir sabitləşdirmə missiyasına cəlb olunmamalıdır, çünki bu, asanlıqla təxribatlara gətirib çıxara bilər”, - Kosinyak-Kamış bildirib.
Kosinyak-Kamışın fikrincə, bu ölkələrin Ukraynaya qoşun göndərməsi təxribat riski baxımından təhlükəlidir.
O bildirib ki, hazırda Ukraynaya qoşun yeritməyi planlaşdıran heç bir ölkə koalisiyası mövcud deyil.
"Polşa, şübhəsiz ki, Ukraynaya qoşun göndərmir və göndərməyəcək, bunu çox açıq şəkildə bəyan etmək istəyirəm.
Bizim başqa vəzifələrimiz var”, – deyə Polşa naziri əlavə edib.