Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqı Polşaya Rusiya və Belarusla sərhədlərini qorumaq üçün 52 milyon avro ayırıb.
APA xəbər verir ki, bu barədə Polşa Baş nazirinin ofisi məlumat yayıb.
Məlumata görə, vəsait elektron müşahidə avadanlığının modernləşdirilməsinə, telekommunikasiya şəbəkələrinin keyfiyyətinin yaxşılaşdırılmasına və dronların aşkarlanması üçün avadanlıqların alınmasına yönəldiləcək.