Polşa Rusiya və Belarusla sərhədini minalayacaq

17.12.2025

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"Soyuq müharibə"dən bəri ilk dəfə olaraq Polşa Rusiya və Belarusla şərq sərhədi boyunca piyadalar əleyhinə minalar yerləşdirməyi planlaşdırır.

Bakupost.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, bu tədbir Polşanın Belarus və Rusiyanın Kalininqrad vilayəti ilə sərhədlərini möhkəmləndirməyi hədəfləyən "Şərq qalxanı" müdafiə proqramının bir hissəsi olacaq.

Bildirilir ki, Polşa piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Müqaviləsindən çıxmağı planlaşdırır. Lakin bu barədə hələ rəsmi qərar verilməyib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью