Polşa Rusiyanı hava məkanını pozmaqda ittiham etdi

24.09.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Polşa höküməti Rusiyanı ölkənin hava məkanını pozmaqda ittiham edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Operativ Qərərgah sosial şəbəkə hesabında məlumat yerləşdirib.

Məlumata görə hava sərhədi Branevo şəhərindən şimalda, Kalininqrad istiqamətindən pozulub. Belə ki, Mi-8 helikopteri Polşa ərazisinə doğru 300 metr daxil olaraq 42 saniyə boyunca orada qalıb. Baş verənlər radiolokasiya sistemləri vasitəsilə izlənilib və dərhal havaya qırıcılar qaldırılıb. 

Qeyd edək ki, qarşı tərəf ittihamlara hələki cavab verməyib.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью