Polşa Rusiyanı hədələdi

14.09.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkəsinin təhlükəsizlik vəziyyəti və Rusiyadan gələn potensial təhdidlər barədə kəskin bəyanatlarla çıxış edib. Nazir bildirib ki, Polşa öz kəşfiyyat xidmətlərindən və müttəfiq ölkələrdən münaqişənin yeni eskalasiya dalğası ilə bağlı ciddi xəbərdarlıqlar alıb.

“Yeni Sabah” xəbər verir ki, Sikorskinin sözlərinə görə, Rusiyanın Ukraynanın sərhəd keçid məntəqələrini pozmaq və ya iflic etmək cəhdləri təcrid olunmuş hadisələr deyil, daha geniş hərbi strategiyanın tərkib hissəsidir. O vurğulayıb ki, bu proseslər getdikcə Polşanın təhlükəsizliyinə birbaşa təsir göstərmək riski daşıyır.

Nazir yaxın həftələr və aylarda Rusiyanın tərəfindən hərbi fəaliyyətlərin ciddi şəkildə artacağını və eskalasiyanın Polşa ərazisinə keçməsi ehtimalının istisna edilmədiyini bəyan edib. Eyni zamanda o, Varşavanın hərbi imkanlarına və NATO-nun hava üstünlüyünə diqqət çəkərək Moskvaya kəskin mesaj ünvanlayıb: Toyuqlu pizza

"Əgər Rusiya bizə hücum etsə və biz əllərimizi bağlayan məhdudiyyətləri aradan qaldırsaq, düşünürəm ki, Rusiyanı çox tez məğlub edərdik. Biz hava qüvvələri baxımından Rusiya üzərində böyük üstünlüyə sahibik. Əgər ukraynalılar altı ay ərzində Rusiyanın neft emalı gücünün yarısını sıradan çıxara biliblərsə, biz bunu altı həftəyə edə bilərdik və qalan yarısını da məhv edərdik", — deyə Sikorski vurğulayıb.

Bəyanatların və artan gərginliyin fonunda Polşa Milli Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. Qəbul edilən qərara əsasən, Polşa ordusu bu gündən etibarən döyüş və hazırlıq səviyyəsini maksimum dərəcədə artıraraq tam hazır vəziyyətə gətirilib.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью