Polşa Rusiyanın hücumuna cavab verməyə hazırdır

03.09.2025

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Sentyabrın 3-nə keçən gecə Polşa Rusiyanın Ukraynaya kütləvi hücumu səbəbindən hərbi təyyarələrini və yerüstü hava hücumundan müdafiə sistemlərini döyüşə tam hazır vəziyyətə gətirib.
Reyting.az
xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının bəyanatında deyilir.
Bildirilir ki, Rusiyanın hücumu fonunda Polşa komandanlığı ölkənin hava məkanını qorumaq üçün “bütün lazımi prosedurlara başlayıb”.
"Polşa və müttəfiqlərin təyyarələri hava məkanımızda fəal şəkildə fəaliyyət göstərir, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib", - məlumatda deyilir.
Qeyd olunur ki, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı mövcud vəziyyətə nəzarət edir, tabeliyində olan qüvvələr və aktivlər dərhal cavab tədbirləri üçün tam hazırlıq vəziyyətindədir.
Onu da qeyd edək ki, sentyabrın 3-nə keçən gecə Rusiya Federasiyası raket və hücum pilotsuz təyyarələrindən istifadə etməklə Ukraynaya kütləvi hücum həyata keçirib.
Xüsusilə də hücum nəticəsində Kirovoqrad vilayətində dəmir yolu infrastrukturuna ziyan dəyib.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью