Polşa Rusiyanın ittihamlarını rədd edib

31.03.2026

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Maçey Klişin: “Polşa Rusiya ilə qarşıdurma üçün hava məkanını istifadəyə vermir”

“Polşa öz hava məkanını Rusiyaya qarşı istifadəyə vermir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının rəisi, general Maçey Klişin deyib.

"Qəti şəkildə vurğulayıram: Rusiya Federasiyasına qarşı hərəkətlər üçün Polşa hava məkanının guya verilməsi ilə bağlı məlumat tamamilə yalandır və təsdiqi yoxdur", - deyə zabit vurğulayıb.

Onun sözlərinə görə, əməliyyat komandanlığının tələbi ilə 2026-cı il martın 10-dan iyunun 9-dək Polşanın şərqində uçuşa qadağan zonanın tətbiqi "tamamilə profilaktik xarakter daşıyır və vətəndaşların həyatını və sağlamlığını, eləcə də dövlət infrastrukturunun təhlükəsizliyini qorumaq üçün qəbul edilib".

Bununla belə, Kliçin qeyd edib ki, mülki və tibbi təyyarələr üçün istisnalar əvvəlcədən razılaşma əsasında edilir.

Qeyd edək ki, Rusiya mediasının iddiasına görə, Latviya, Litva və Estoniya Ukraynaya Rusiya ərazisinə zərbə endirən dronların uçmasına icazə vermiş ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью