Polşa səfirliyi 13 cü Beynəlxalq Festivalda təmsil olunub

23.05.2025

Icma.az, 525.az saytına istinadən bildirir.

ADA Universitetində keçirilən 13-cü Beynəlxalq Festivalda Polşanın Azərbaycandakı səfirliyi də təmsil olunub.

525.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.

Qeyd olunub ki, səfirliyin stendi iştirakçılar tərəfindən böyük marağa səbəb oldu.

“Səfir Pavel Radomski də daxil olmaqla, diplomatik korpus nümayəndələrinin üzvləri belə böyük bir tələbə qrupu ilə görüşməkdən məmnun qaldılar”, - paylaşımda vurğulanıb.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью