Polşa Şərq Qalxanını Ukrayna sərhədinə gətirir: Nə baş verir?

30.11.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Polşa "Şərq Qalxanı"nın istehkam proqramını Ukrayna sərhədinə qədər genişləndirəcək.

Publika.az xəbər verir ki, bunu baş nazir Donald Tusk bildirib.

Qeyd edək ki, bundan əvvəl Tusk “Şərq Qalxanı” proqramının birinci bölməsinin artıq Rusiya sərhədində tətbiq edildiyini bəyan etmişdi. "Biz polyakların bütün şərq sərhədi boyunca özlərini təhlükəsiz hiss etmələrini istəyirik", - deyə polşalı siyasətçi yekunlaşdırıb.

Xatırladaq ki, Polşa Rusiya və Belarusla sərhəddə “Şərq qalxanı” proqramını həyata keçirib.

Dövlət bunun üçün 2024-2028-ci illərdə 10 milyard zloti (2,5 milyard ABŞ dolları) ayırıb.

Adəm Abbaslı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью