Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xarici KİV-in yaydığı məlumata görə, o, papanı "pis siyasətçi" adlandırıb.
Papa "Time" jurnalının üz qabığında
"O, çox yaxşı din xadimi idi. Amma mənim dəyərləndirməmə görə, Fransisk pis siyasətçi, həm də çox pis diplomat oldu. Bununla belə papa gözəl sülh kahini, gözəl mömin, keşiş oldu. Təbii ki bunlar da Papa üçün ən vacib şeylər idir", - Xolovnya bildirib.
Qeyd edək ki, Papa Fransisk aprelin 21-də, Pasxa bayramının ertəsi günü vəfat edib. 88 yaşlı papanın son zamanlar səhhətində ciddi problemlər yaranmışdı. "Vatican News"un yaydığı məlumata görə, ali din xadiminin ölümünə səbəb insultun yaratdığı koma və ürəyin dayanması olub.
Fransisk Roma Katolik Kilsəsinin ilk Latın Amerikasından olan rəhbəri idi. Əsl adı Xorxe Mario Berqolyo olan Fransisk 1936-cı ildə Argentinada anadan olub. O, 2013-cü ildən pontifik taxtında idi. Roma Katolik kilsəsinin rəhbəri fəaliyyəti müddətində müxtəlif xəstəliklərdən əziyyət çəkib.
Tural Tağıyev
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Papa "Time" jurnalının üz qabığında
"O, çox yaxşı din xadimi idi. Amma mənim dəyərləndirməmə görə, Fransisk pis siyasətçi, həm də çox pis diplomat oldu. Bununla belə papa gözəl sülh kahini, gözəl mömin, keşiş oldu. Təbii ki bunlar da Papa üçün ən vacib şeylər idir", - Xolovnya bildirib. Qeyd edək ki, Papa Fransisk aprelin 21-də, Pasxa bayramının ertəsi günü vəfat edib. 88 yaşlı papanın son zamanlar səhhətində ciddi problemlər yaranmışdı. "Vatican News"un yaydığı məlumata görə, ali din xadiminin ölümünə səbəb insultun yaratdığı koma və ürəyin dayanması olub.
Fransisk Roma Katolik Kilsəsinin ilk Latın Amerikasından olan rəhbəri idi. Əsl adı Xorxe Mario Berqolyo olan Fransisk 1936-cı ildə Argentinada anadan olub. O, 2013-cü ildən pontifik taxtında idi. Roma Katolik kilsəsinin rəhbəri fəaliyyəti müddətində müxtəlif xəstəliklərdən əziyyət çəkib.
Tural Tağıyev
AzVision.az