Polşa silah alışı üçün ABŞdən 4 milyard dollar kredit alıb

05.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ Polşaya silah alışı üçün 4 milyard dollar kredit ayırıb.

Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış “X” hesabında yazıb.

“Bizim ABŞ ilə daha bir kredit müqaviləmiz var. Bu müqavilə bizə Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Polşa Silahlı Qüvvələrinin sürətli transformasiyasını maliyyələşdirməyə kömək edəcək. Hazırda bu xətt üzrə 4 milyard dollar vəsait ayrılıb”, - nazir qeyd edib.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью