Polşa silah alışı üçün ABŞdən 4 milyard dollar kredit götürüb

05.12.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Polşaya silah alınması üçün 4 milyard dollar kredit ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində bildirib. 

Kredit müqaviləsi ABŞ ilə Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində bağlanılıb.

Kosinyak-Kamış qeyd edib ki, bu, Vaşinqtonun ümumi məbləği 11 milyard dollar olan növbəti belə kreditidir.

Qeyd edək ki, ABŞ Polşanın əsas müdafiə tərəfdaşıdır. Varşava ondan F-35 döyüş təyyarələri, hücum helikopterləri, "Patriot" hava hücumundan müdafiə sistemləri alır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью