Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polşa yaxın illərdə 155 mm-lik artilleriya mərmilərinin istehsalını 30 dəfə artırmağı planlaşdırır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə baş nazirin müavini və müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.
Kosinyak-Kamış əlavə edib ki, hökumət üç belə fabrikin tikintisinə 3 milyard zloti (təxminən 750 milyon dollar) ayırıb və bu qurğuların istifadəyə verilməsi Polşanın bu çaplı mərmi istehsalında müstəqilliyini təmin edəcək.
Nazir həmçinin xatırladıb ki, son iki ildə PGZ müdafiə konserninin bir hissəsi olan MESKO şirkəti kiçik çaplı mərmilərin istehsalını ildə 50 milyondan 250 milyon ədədə çatdırıb.
Şeyda