Polşa son illərin ən böyük hərbi təliminə hazırlaşır

27.05.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polşa ordusunun 18-ci mexanikləşdirilmiş diviziyası NATO müttəfiqlərinin iştirakı ilə ən böyük hərbi təlimdə iştirak edəcək.

Axar.az yerli media istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

“Brifinq zamanı uzun illərdən sonra ilk böyük diviziya təlimlərinin keçirilməsi ilə bağlı əmr verdim. 18-ci mexanikləşdirilmiş diviziya məhz belə təlimlər keçirəcək və imkan və bacarıqlarını, o cümlədən də müttəfiqlərimizlə birlikdə, nümayiş etdirməyə tam hazır olacaq”, - o deyib.

Nazir bunu Polşa və müttəfiqlərinin Rusiya və Belarus Silahlı Qüvvələrinin bu il keçirəcəyi “Zapad-2025” təlimlərinə cavab adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью